Yağan güclü yağış nəticəsində evlər suyun altında qalıb

Yağan güclü yağış nəticəsində evlər suyun altında qalıb

Türkiyənin Adana şəhərində dünən səhər saatlarından etibarən yağan yağış şəhərdə həyatı iflic edib. SİA-nın Türk mətbuatına istinadən verdiyi məlumata görə, həddindən artıq yağışın yağması nəticəsində sel suları Kozan-Ceyhan yolunu bağlayıb və bəzi evlər suyun altında qalıb.

Bildirək ki, Adanada leysan səbəbindən evlərində əlacsız vəziyyətdə qalan insanlar qayıqlarla xilas edilib. Adana Böyük Şəhər Bələdiyyəsi qrupları məhəllədəki yolların açılması və suyun boşaldılması üçün işlərin davam etdiriləcəyi bildirilib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə