Yəməndə bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Yəməndə bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Yəmənin şimal-qərbindəki Saada əyalətində bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

ЫШФ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yəmənli üsyançıların (husilər) nəzarətində olan “Əl-Masira” telekanalı məlumat yayıb.

Buna qədər 15 nəfərin öldüyü deyilirdi.

Telekanalın məlumatına görə, raket və artilleriya zərbələri nəticəsində ölənlərdən 5 nəfəri Yəmən vətəndaşı, 12 nəfəri isə afrikalı miqrantlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə