Səudiyyə Ərəbistanı ilə Küveyt neytral bölgədə neft istehsalına dair razılığa gəliblər. Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin “Twitter” səhifəsində bildirilir. Belə ki, Səudiyyə Ərəbistanı ilə Küveyt iki ölkə sərhədindəki neytral bölgədə neft hasilatının yenidən bərpası üzrə razılıq əldə ediblər.
Dörd ildən çoxdur ki, həmin neytral bölgədə neft hasilatı həyata keçirilmirdi. Əvvəllər burada gündəlik 500 min barrelədək neft çıxarılırdı. Bölgədəki “Wafra” yatağında “Kuwait Gulf Oil Co.” şirkəti ilə birgə neft istehsal edən “Chevron Corp” burada tam istehsal gücünə 1 ilə nail olunacağını açıqlayıb. Yataq 2015-ci ilin mayından bağlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB