Kanadanın qərb sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb

Kanadanın qərb sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb

Kanadanın qərb sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 19:13-də baş verən zəlzələnin ocağı 10 kilometr dərinlikdə, episentri isə Kanadanın Port Hardi yaşayış massivindən 170 kilometr qərbdə, Sakit Okeanda yerləşib.

Təbiət hadisəsi zamanı tələfatlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə