"Sülh çeşməsi”nin keçirildiyi bölgə hər gün daha da gözəlləşir

"Sülh çeşməsi”nin keçirildiyi bölgə hər gün daha da gözəlləşir

Türkiyə Sılahlı Qüvvələri Suriyanın şimalında "Sülh çeşməsi" əməliyyatı ilə terrordan təmizlənən bölgədə yaşayan xalqı taleyin ümidinə buraxmayaraq kömək etməyə davam edir. SİA-nın verdiyi xəbərə görə, torpaqlar şumlanır, məhsul əkilir. Uşaqlar terror qorxusu olmadan məktəbə gedə bilirlər. "Sülh çeşməsi" əməliyyatının keçirildiyi bölgə hər gün daha da gözəlləşir. Terrordan təmizlənən bölgədə yaşayan və türk əsgərinə minnətdarlığını dilə gətirən məktəbli uşaq "Mən səhər yuxudan durub məktəbə gedirəm. Məktəbdən gəldikdən sonra isə çobanlıq edib ailəmə kömək edirəm. Türk əsgərinə təşəkkür edirik" - deyib. Tarlasını şumlayıb əkin əkən bir vətəndaş isə "Tarlanı gözəl bir şəkildə şumladıq, buğda əkdik, yağış yağdı. Arpa da əkəcəyik. İşığımız, suyumuz, hər şeyimiz var. Hal-hazırda şükürlər olsun xoşbəxtik", - deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə