Ermənistanın Kotayk bölgəsinin Qoxt kəndində yerləşən restoranda atışma olub. SİA erməni mətbuatına istinadən xəbər verir ki, hadisəni keçmiş məhkum törədib. Belə ki, 38 yaşlı kənd sakini A.S. doğum gününü qeyd edərkən sərxoş vəziyyətdə atəş açıb. O, daha sonra özünü yaralayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qanunsuz silahdan açılan atəş nəticəsində kənd sakini ayağından yaralanıb. Yaralı İrəvandakı xəstəxanalardan birinə yerləşdirilib.
Qeyd edilib ki, cinayət törədən şəxs daha əvvəl soyğunçuluq və xuliqanlıqda ittiham olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB