Hondurasda rəqib dəstələr arasında qarşıdurma La-Seyba həbsxanasında 19 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həbsxana yeməkxanasında məhkumlar arasında münaqişə baş verib və nəticədə 19 nəfər həyatını itirib.
Münaqişənin həbsxanada olan müxtəlif cinayətkar qruplar arasındakı münasibətlərin aydınlaşdırılması nəticəsində yarandığı bildirilir.
Xatırladaq ki, ötən həftənin çərşənbə axşamı Honduras hakimiyyəti ölkənin islah müəssisələrində fövqəladə vəziyyət elan edib və ölkənin silahlı qüvvələrini həbsxanalarda hüquq mühafizə orqanlarına cəlb edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB