Avtobus qəzası 22 nəfərin ölümünə səbəb oldu

Avtobus qəzası 22 nəfərin ölümünə səbəb oldu

Qvatemalanın Sakapa departamentində sərnişin avtobusu yük avtomobili ilə toqquşub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 22 nəfər həlak olub. Ölənlərdən 8-i yeniyetmədir.

Yaralılara yerində ilkin tibbi yardım göstərilib. Qəzaya yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Hadisə ilə əlaqədar hər iki sürücü saxlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə