Gürcüstan kommunistləri İosif Stalinin anadan olmasının 140-cı ildönümünü qeyd ediblər

Gürcüstan kommunistləri İosif Stalinin anadan olmasının 140-cı ildönümünü qeyd ediblər

Gürcüstan Kommunist Partiyasının üzvləri dekabrın 21-də Qori şəhərində İosif Stalinin anadan olmasının 140-cı ildönümünü qeyd ediblər.

SİA xəbər verir ki, yüzlərlə insan “xalqlar lideri”nin ev-muzeyinin qarşısına toplaşıb, sonra regionlardan gəlmiş kommunistlərin iştirakı ilə Qori şəhərinin mərkəzi meydana qədər yürüş edib. Onlar əllərində qırmızı bayraqlar, Stalin, Lenin və Karl-Marksın portretlərini tutublar. Bəziləri üzərinə SSRİ yazılmış papaq və şərf geyiniblər.

Meydana toplaşanlar hökumətdən Stalinin 2010-cu ilədək Qori şəhərinin mərkəzində olmuş abidəsinin bərpasını tələb ediblər. Aksiya iştirakçıları bununla bağlı imzatoplama kampaniyasına başlayacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə