Rusiyanın Altay diyarında iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb
Rusiya Federasiyasının Altay diyarında bu gün iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.
SİA "iz.ru" saytına istinadən xəbər verir ki, müəyyən edilib ki, qadın sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil qarşı yola çıxaraq, əks istiqamətdə hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü, həmçinin, “Toyota”da olan iki, “VAZ 2107”-də olan bir sərnişin hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB