Twitterdə 88 min hesab bağlanıb

Twitter, Səudiyyə Ərəbistanı mərkəzli 88 min Twitter istifadəçisinin hesabını yalan məlumat və reklam məzmunlu e-mail yaydığı səbəbiylə bağladığını açıqlayıb. SİA-nın xarici məstbuata istinadən verdiyi xəbərə görə, şirkət hesabından mövzu ilə bağlı şərh edən Twitter sosial media platforması, hərtərəfli araşdırmadan sonra bu qərarı verdiklərini bildirib.

Açıqlamada, Səudiyyə rəhbərliyinin dəstəklədiyi təbliğat işlərində iştirak etmək üçün ən az 6 min hesabın bağlandığı, bu hesabların Səudiyyə hakimiyyəti haqqında müsbət məlumatlar yayıldığı ifadə edilib.
İrana tətbiq edilən sanksiyaların da daxil olduğu Səudiyyə Ərəbistanının regional maraqlarını təbliğ edən hesablar, avtomatik e-poçt və paylaşma proqramlar vasitəsilə müxtəlif təbliğat xarakterli paylaşımlar edildiyi qeyd edilib.

Açıqlamaya aşağıdakılar daxildir:
"Bu gün platformamızın manipulyasiya siyasətini pozduğu səbəbi ilə bağladığımız 5min 929 hesab haqqında geniş məlumat paylaşırıq. Araşdırmalarımız nəticəsində bu hesabların Səudiyyə Ərəbistanının dəstəklədiyi məlumat əməliyyatında Twitter üzərindən yalan məlumat və reklam məzmunu yayaraq iştirak etdiyini gördük".

Digər tərəfdən, Səudiyyə Ərəbistanı mərkəzli "Smaat" adlı bir sosial media və marketinq şirkəti tərəfindən həyata keçirilən təbliğat işləri və bu şirkətin Səudiyyə dövləti hökumətinin sosial media hesablarını idarə etdiyi, şirkət və şirkət rəhbərlərinin Twitterə girişi qadağan edildiyi ifadə edilib.

Səudiyyə mediası qrupunun yüzlərlə, habelə BƏƏ mərkəzli yüzlərlə hesabı Səudiyyə dövlət məmurları haqqında müsbət təbliğat apardıqları səbəbiylə bağladıqlarını açıqlayıb.






Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə