Hindistanın Uttar-Paradeş ştatında “Vətəndaşlıq haqqında” qanuna düzəlişlərin qəbuluna qarşı keçirilən etirazlar zamanı 11 nəfər ölüb. SİA-nın verdiyi xəbərə görə, bu barədə "Times of İndia" nəşri məlumat yayıb.
Bildirilib ki, toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının 50-dən çox əməkdaşı xəsarət alıb. Yerli polisin yaydığı məlumata görə, aksiyalarda iştirak edən 200-ə yaxın şəxs həbs olunub və əmrə tabe olmayan 3,3 mindən çox etirazçı saxlanılıb. Bundan əlavə, polis əməkdaşlarının etirazçılara qarşı odlu silahdan istifadə etmədiyi qeyd edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB