Oya Aslan xüsusi əməliyyat nəticəsində saxlanılıb

Oya Aslan xüsusi əməliyyat nəticəsində saxlanılıb

Türkiyənin axtarışda olan terrorçular siyahısında ilk sıralarda yer alan Oya Aslan İstanbulun Küçükçekmece rayonunda keçirilən əməliyyat nəticəsində saxlanılıb. SİA xəbər verir ki, terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin “Silahlı Təbliğat Birliyi”nin rəhbərlərindəndir.

İstanbul Təhlükəsizlik Müdirliyinin Kəşfiyyat və Antiterror İdarəsi tərəfindən aparılan əməliyyat zamanı ələ keçirilən O.Aslanın beş fərqli cinayətdə əli var.

Əməliyyat zamanı beş il həbs cəzasına məhkum edilmiş Yüksel Doğan da saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə