Estoniyada bu şəxslər dövlətdən subsidiya alacaqlar

Estoniyada bu şəxslər dövlətdən subsidiya alacaqlar

Estoniyada elektriklə çalışan nəqliyyat vasitələrinin alıcıları dövlətindən çoxdan gözlənilən subsidiyaları alacaqlar. SİA Estoniya mətbuatına istinadən xəbər verir ki, Estoniyanın Ətraf Mühit naziri Rene Kokk artıq bir ildən çoxdur gözlənilən qərarı imzalayıb. Qeyd edilib ki, qərar Estoniya Respublikasının ictimai jurnalı olan “Riigi Teataja”da (“Dövlət xəbərləri”) dərc edildikdən sonra qüvvəyə minəcək.

Diqqətə çatdırılıb ki, yardım üçün müraciətlər dərhal yox, yalnız bir ay sonra qəbul ediləcək. Bu addım ərizə təqdim etmək arzusunda olan potensial alıcıya həm verdiyi qərar, həm də real imkanları barədə rahat düşünməsi üçün kifayət qədər vaxt qazandırmaq məqsədilə atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə