50 beynəlxalq təşkilatın 96 qütb alimlərindən ibarət komandası bu günə qədər Qrenlandiya buzlaqlarının əriməsinin tam şəkildə görünüşünü hazırlayıb. IMBIE ekspedisiya qrupu Qrenlandiyanın 1992 və 2018 illəri arasında buz kütləsindəki dəyişiklikləri hesablamaq üçün 26 ayrı tədqiqatı birləşdirib.
Tədqiqtlar nəticəsində Qrenlandiyanın 1992-ci ildən bəri 3,8 trilyon ton buz itirdiyi məlum olub. Bu isə qlobal dəniz səviyyəsini 10,6 millimetr artırmaq üçün kifayətdir. Buz itkisinin səviyyəsi 1990-cı illərdə hər il 33 milyard ton olsada, son 10 illikdə bu rəqəm 254 milyard tona çatıb ki, buda son üç onillikdə yeddi dəfə artım deməkdir.
2013-cü ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Blok (IPCC) qlobal dəniz səviyyəsinin 2100-cü ilə qədər 60 santimetr artacağını proqnozlaşdıraraq sahilkənarı bölgələrdə yaşayan 360 milyon insanın daşqınlara məruz qalacağını qeyd edib. Lakin bu yeni tədqiqat göstərir ki, Qrenlandiyadakı buzlaqların əriməsi gözləniləndən daha sürətli oduğuna görə, dəniz səviyyəsi təxmin ediləndən 7 santimetr daha yüksək olacaq. Komanda heyətindən bildirilib ki, dəniz səviyyəsində baş verən hər santimetr yüksəliş üçün daha altı milyon insan sahil daşqınlarına məruz qalır. Mövcud tendensiyalara görə, Qrenlandiya buzlarının əriməsi, hər əsrin sonuna qədər hər il 100 milyon insanın su altında qalmasına səbəb olacaqdır.
Komanda, bölgədəki iqlim nümunələrindən istifadə edərək buz itkisinin yarısının hava temperaturunun yüksəlməsi, digər yarısının isə okean temperaturunun artması ilə əlaqədar olduğunu vurğulayıb.
Güclü ərimə 2011-ci ildə ildə 335 milyard ton olaraq rekord həddə çatmışdır. Bu 1990-cı illərin göstəricisindən on dəfə artıqdır.
Ramilə Tanrıverdi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB