Paşinyanın böyük səhvi

Köçəryanı həbsxanada saxlamaqla Nikol böyük səhv edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Sexakron” partiyasının rəhbəri Şant Arutyunyan bu gün jurnalistlərlə görüşü zamanı deyib.

O, jurnalistlərlə görüçü zamanı Paşinyanın Köçəryanı həbsxanada saxlamaqla böyük səhv etdiyinə əmin olduğunu deyib və çəkinmədən qeyd edib ki, şəxsən o özü birmənalı olaraq Köçəryanın sərbəst buraxılmasının tərəfdarıdır.

“Qoy xoşlarına gəlmədiyi üçün qəbul edilməsin. Amma deyəcəm ki, Paşinyandan "Xaçaturovu buraxdın" deyə soruşan olanda, bir erməni kimi sadəcə utanıram", deyə Şant Arutyunyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə