Barselonada yanğın baş verib

Barselonada məşhur Sagrada Familia kilsəsinin yaxınlığında yanğın baş verib. SİA-nın Rusiya mətbuatına əsasən verdiyi məlumata görə, baş verən yanğın nəticəsində yaralananların sayı 26-ya çatıb.

Bu barədə təcili yardım xidməti məlumat verib. Hadisə yerinə 12 yanğınsöndürmə briqadası cəlb olunub. Qeyd edək ki,umumilikdə zərərçəkənlərin sayının18 nəfər olduğu, 9 nəfərin yüngül, 4 nəfərin orta və 1 nəfərin ağır yanıq xəsarətləri aldığı bildirilib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə