Ədalət tələbi ilə intihar cəhdi Ermənistanda ədalətsizliyin ifşasıdır

Ədalət tələbi ilə intihar cəhdi Ermənistanda ədalətsizliyin ifşasıdır

Bir nəfər Ermənistan hökumət binasının qarşısında boğazını kəsib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən bir nəfər Ermənistan hökuməti binası qarşısında intihar edəcəyini bildirib. İntiharçı, 1988-ci il təvəllüdlü Soqomon Xostikyan adlı şəxs Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb edib.

Məlumatına görə, Xostikyan ona mane olmaq istəyənlərin gözü qarşısında boğazını kəsib. Ətrafdakılar onu təcili yardımla xəstəxanaya aparıblar.

Sonradan məlum olub ki, intihar etməyə cəhd edən şəxs qardaşları üçün ədalətli mühakimə tələb edib. İstintaq Komitəsi bu gün onun qardaşları tərəfindən törədilən cinayətlər barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, S.Xostikyan 1 nömrəli “Qerasi” xəstəxana kompleksinə yerləşdirilib. O, böğazını iti, kəsici bir predmetlə kəsib, bundan sonra xilasedicilər və polis birlikdə intihara cəhdin qarşısını alıblar.

Göründüyü kimi, intihara cəhd edən şəxs öz qardaşlarının ədalətli mühakimə olunmasını tələb edir. Bu isə o deməkdir ki, vətəndaşlar Ermənistanda məhkəmələrin ədalətli olmamasından şikayətlənirlər və ədalət tələbi ilə edilən bu intihar cəhdi özü Ermənistanda məhkəmələrin ədalətsizliyinin ifşasıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə