İngiltərədə bir il ərzində evsizlərin sayı 23 faiz artıb

İngiltərədə bir il ərzində evsizlərin sayı 23 faiz artıb
İngiltərədə rəsmi rəqəmlər bir il içində evsizlərin sayının 23 faiz artdığını göstərib. SİA xəbər verir ki, 2019-cu ilin göstəricilərinə görə, 68 min 170 nəfər evsizdir. Keçən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım qeydə alınıb. Evi olmayan şəxslərə xeyriyyə məqsədilə yaradılan Şelter sığınacağının direktoru mənzil böhranının ağır həddə çatdığını söyləyib və hökumətin ən qısa müddətdə addım atmasının vacib olduğunu qeyd edib. Xatırladaq ki, seçki kampaniyası zamanı Mühafizəkarlar Partiyası mənzil böhranına qarşı tədbirlər görəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə