Kataloniyanın müstəqilliyinin tərəfdarları ilə polis arasında qarşıdurma olub

Kataloniyanın müstəqilliyinin tərəfdarları ilə polis arasında qarşıdurma olub

İspaniyanın Barselona şəhərində "Barselona" və Madridin "Real" klubları arasında futbol qarşılaşmasının keçirildiyi "Kamp Nou" stadionunun qarşısında Kataloniyanın müstəqilliyinin tərəfdarları ilə polis arasında qarşıdurma olub. SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, toqquşmalar zamanı 60 nəfər xəsarət alıb. Polis qarşıdurmalarda iştirak edən 9 nəfəri saxlayıb.

Qeyd edək ki, buna qədər 46 nəfərin xəsarət aldığı deyilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə