Son 9 ayda Ermənistanda işgəncələrə görə 44 cinayət işi araşdırılıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Respublikası Baş prokurorunun müşaviri Qor Abrahamyan Facebook səhifəsində məlumat verib.
Baş prokurorun müşaviri yuxarıda göstərilən cinayət işlərindən üçünün ittiham aktı ilə məhkəməyə göndərildiyini və məhkəmə istintaqının davam etdiyini bildirib.
“26 cinayət işinə xitam verilib, 5-i dayandırılıb, 7 cinayət işi üzrə ibtidai istintaq aparılır”, deyə Abrahamyan yazıb.
Baş Prokurorluqdan verilən məlumata görə, 2018-ci il ərzində işgəncə faktı ilə bağlı 50 cinayət işi araşdırılıb.
Abrahamyan əlavə edib ki, Ermənistan Baş Prokurorluğu kollegial iclas çağırıb, dəqiq tapşırıqlar verilib.
Cinayət işinin sayının belə çox olması Ermənistanda işgəncələrin hələ də davam etdiyindən və getdikcə artdığından xəbər verir. Görünür, Paşinyan hakimiyyətinin sırıdığı yeni Ermənistanda işgəncələr demokratik adlandırdıqları cəmiyyət üçün adi hal hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB