Dünən Aralıq dənizində saxlanılan və İranın "Həmas"a göndərdiyi silahların olduğu iddia edilən "Victoria" adlı yük gəmisi İsraildə gündəmə bomba kimi düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail mətbuatında əməliyyatın Təl-Əviv hökumətinin İrana qarşı icra etməkdə olduğu "kölgə müharibəsi"nin son cəphəsi olduğu şərhləri verilib.
"Jerusalem Post"da verilən şərhdə belə deyilir: "Dünən İsrail İrana qarşı müharibə açdı. Ortada heç iranlı yox idi və bir güllə belə atılmadı. Ancaq diqqət yetirin, "Victoria" yük gəmisinin dayandırılması İsrailin İrana qarşı apardığı "kölgə müharibəsi"nin bir parçasıdır".
Gəmidə ələ keçirilən silahlardan "C–704" raketlərinin daha əhəmiyyətli olduğunu yazan qəzet qeyd edib ki, bu raketlər Çində istehsal olunur və İran tərəfindən "Nasr" adı ilə modernləşdirilir. Yerdən odlanılan raketlər kimi "C-704"lərin də İsrailin bölgədəki güc balansını dəyişdirə biləcəyindən narahatlıq ifadə olunur. Qəzet hesab edir ki, "Victoria" əməliyyatı İsrailin "İrana və İranın Orta Şərqdə dəstəklədiyi terror təşkilatlarına qarşı etdiyi müharibənin bir başqa cəphəsi"dir: "Bu döyüş İsrail və müttəfiqləri, xüsusilə də ABŞ arasında bənzərsiz bir koordinasiya tələb edir".
"Jerusalem Post" "Victoria"dakı silahların ələ keçirilməsinin İran və "Həmas" üçün çox böyük bir zərbə olduğunu qeyd edib. Qəzet gəminin Suriyada yükləndiyini və İsrail kəşfiyyatına görə Mersin limanında dayanması səbəbinin diqqətləri dağıtmaq olduğunu yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB