Yaponiya hökuməti Baş nazir Şinzo Abenin Hindistana planlaşdırılan səfərini təxirə salıb

Yaponiya hökuməti Baş nazir Şinzo Abenin Hindistana planlaşdırılan səfərini bu ölkənin hökumət strukturları ilə məsləhətləşmələrdən sonra təxirə salıb.

SİA xəbər verir ki, bu barədə qərar Baş nazirin Hindistanın ziyarət etmək istədiyi bir sıra rayonlarda baş verən etiraz aksiyalarından sonra qəbul edilib.

Qeyd edək ki, dekabrın 15-dən başlayaraq Ş.Abenin Hindistana üçgünlük səfər planlaşdırılırdı. Səfər çərçivəsində onun Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparacağı, ölkənin şimal-şərqində yerləşən Assam-Quvahati ştatındakı böyük şəhərlərdən birini ziyarət edəcəyi gözlənilirdi.

Lakin Hindistanda vətəndaşlıq haqqında yeni qanunun qəbulundan sonra həmin ştat da daxil olmaqla bir sıra yerlərdə çox ciddi etiraz aksiyaları başlanıb.

Həmin qanun Pakistan, Banqladeş və Əfqanıstandan təqiblərə görə qaçmış immiqrantlara vətəndaşlıq hüququnun verilməsini nəzərdə tutur. Lakin bu qanun müsəlmanlara şamil edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...