ABŞ dövlət katibi İranı və onun müttəfiqlərini Bağdad yaxınlığındakı hərbi aviasiya bazasına hücumda ittiham edib

Cümə günü ABŞ dövlət katibi Mayk Pompeo İranı və onun müttəfiqlərini Bağdad Beynəlxalq Hava Limanına yaxın ərazidə yerləşən hərbi aviasiya bazasına hücumda ittiham edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, dövlət katibi bu barədə özünün “twitter” səhifəsində yazıb.

"Biz bu həftə Bağdad hava limanının yaxınlığında beş İraqlı əsgəri yaralayan İrana yaxın qüvvələrin hücumunu qəti şəkildə pisləyirik”. - Pompeo bildirib.

Qeyd edək ki, həftənin bazar ertəsi günü Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən bir hərbi bazanın atəşə tutulması nəticəsində azı altı hərbi qulluqçu yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...