Hökumət əlehinə olan silahlılar kəndlərə hücum edib

Suriyada Bəşər Əsəd rejiminə qarşı olan qüvvələrə qarşı İdlibdə əməliyyat keçirilib. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, İdlibdəki hərbi mənbələrin verdiyi məlumata görə, rejim qüvvələri gecə saatlarında Hacive Berdiye kəndləri ilə İdlibin cənub-qərbindəki Ketebe Mehcure kəndlərinə girməyə çalışıblar.

Qeyd edək ki, hərbi müxalifət və hakimiyyət əlehinə olan silahlı qruplar arasında olan qarşıdurmalardan sonra rejim qüvvələri çox sayda itki ilə geri çəkilib.

Onu da vurğulayaq ki, zaman-zaman İdlibdə Bəşər Əsəd rejimi və onun tərəfdarları əraziləri ələ keçirmək üçün hücumlar edir. Təsadüfi deyil ki, son bir ayda yaşayış məntəqələri ağır bombardman edilməsi səbəbindən 90 minə yaxın mülki şəxs məcburi köçkün vəziyyətinə düşdüb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...