Əfqanıstanda növbəti partlayış 10 ölü

Əfqanıstanın şərqində Qazni əyalətində yol kənarındakı minanın partlaması nəticəsində 10 nəfər həlak olub, 4 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərin arasında 4 qadın və 1 uşaq olub. Daha 3 qadın yaralanıb.

Ölkənin Daxili İşlər Nazirliyi hücumda “dünyanın düşmənlərini” ittiham edərək bununla da "Taliban" radikal hərəkatına istinad edib. Lakin “Taliban”dan məsələ ilə bağlı reaksiya verilməyib.

Qeyd edək ki, Əfqanıstanda əvvəllər kənd ərazilərində geniş ərazini ələ keçirən və böyük şəhərlərə hücum edən “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma mövcuddur. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri ölkə daxilində birgə antiterror əməliyyatları keçirir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...