Paşinyan hakimiyyəti cəmiyyətdən nəyi gizlədir?

Ermənistanda cəmiyyətdən gizlətməyə çalışdıqları səyahətlərə dövlət büdcəsindən təxminən 2 milyon dollar xərclənilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.

Qəzet yazır ki, dünən Ermənistanda hökumət iclasında bildirilməyən məsələlər arasında hakimiyyət daha bir gizli qərar qəbul edib.

Məlumatda həmçinin qeyd olunur ki, indiyə qədər bu 880 milyondan 844.2 milyon xərclənmiş, təxminən 36 milyon dram ehtiyat fondunda qalıb. Ancaq göründüyü kimi, ilin sonuna rəsmi iş ezamiyyətləri üçün bu məbləğ kifayət deyil, buna görə hökumət daha 95 milyon dram əlavə etmək qərarına gəlib. Yəni dövlət büdcəsindən cəmiyyətdən gizlətməyə çalışdıqları səyahətlərə təxminən 2 milyon dollar xərclənib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...