“Exit poll”: Boris Conson Britaniyadakı seçkidə qalib gəlir

“Exit poll”un nəticələrinə əsasən, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası liderdir.

Bu barədə “BBC” məlumat yayıb.

Nəticələrə görə, mühafizəkarlar 650 yerlik İcmalar Palatasında 368, leyboristlər 191, Liberal Demokratlar 13, Şotlandiya Milli Partiyası 55, Uels Partiyası 3, yaşıllar 1, müstəqil namizədlər isə 19 yer tutacaq.

Əgər “Exit poll”un nəticələri seçkinin rəsmi nəticələri ilə eynilik təşkil etsə mühafizəkarlar öz proqramlarına uyğun olaraq dərhal Avropa Birliyindən çıxmaq haqqında sazişi təsdiqləyəcəklər və 31 yanvar 2020-ci ildə Böyük Britaniya rəsmi şəkildə Avropa İttifaqını tərk edəcək. Keçid dövrü ilin sonunda yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə