ABŞ Senatı ‘erməni soyqırımı’nı tanıyıb

Bir qədər əvvəl ABŞ parlamentinin yuxarı palatası – Senat qondarma erməni soyqırımını tanıyıb. SİA-nın verdiyi xəbərə görə, Ankara və Tramp administrasiyasının bir neçə dəfə mane olmasına baxmayaraq bu dəfə Senatdakı səsvermə tarixə düşəcək bir arzuolunmaz nəticə ilə bitib.

Senator Robert Menendez’in təkidi ilə səsverməyə çıxarılan məsələyə heç bir senator veto qoymayıb və ABŞ tarixində ilk dəfə Senat Osmanlı İmperiyasını 1,5 milyon ermənini sistemli şəkildə məhv etməkdə ittiham edən sənədi rəsmən qəbul edib.

Parlamentin aşağı palatası olan Nümayəndələr Məclisi də bu yaxında "erməni soyqırımı"nı tanımışdı

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə