Malayziya radiasiyanın yağışla gələcəyindən qorxur

Malayziya radiasiyanın yağışla gələcəyindən qorxur

Malayziyada sosial paylaşım saytlarında radiasiya təhlükəsi ilə bağlı yayılan məlumatlar xalqın həyacanına səbəb olub. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, məlumatlarda Yaponiyadan yağışla birlikdə radiasiyanın gələcəyi iddiaları əksini tapıb.

 

Malayziyanın baş nazir müavini Muhyiddin Yassan iddiaların əsassız olduğunu açıqlayıb. Yaponiyada baş verən zəlzələ və sunamidən ibrət aldıqlarını deyən baş nazir müavini bildirib ki, dövlətin radiasiya təhlükəsinə qarşı tədbirlər planı hazırdır. O, xalq arasında sürətlə yayılan söz-söhbətlərin həqiqəti əks etdirmədiyini, hər şeyin nəzarətdə olduğunu və hər hansı bir təhlükə vəziyyətində xəbərdarlıqların ediləcəyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə