Filippin hökuməti hərbi vəziyyəti uzadılmayacaq

Filippin hökuməti ölkənin cənubunda yerləşən Mindanao adasında hərbi vəziyyətin cari ildən sonra uzadılmayacağını bəyan edib. SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, hökumət bununla iki ildən çox müddətdə davam edən hərbi qarşıdurmanı dayandırmaq niyyətində olduğunu bildirib.

Bu barədə məlumat verən Filippin Prezidentinin mətbuat katibi Salvador Panelo qeyd edib ki, Rodriqe Duterte hərbi vəziyyətin dekabrın 31-də başa çatmasından sonra onu uzatmamaq qərarına gəlib. Xatırladaq ki, Filippin Prezidenti 2017-ci il mayın 23-də əsasən müsəlmanların yaşadığı Maravi şəhərində yaraqlıların bir neçə rayonu ələ keçirməsindən sonra Mindanao adasında hərbi vəziyyət elan etmişdi. Yaraqlılarla hökumət qoşunları arasında altı aya yaxın davam edən silahlı qarşıdurma nəticəsində 1500-dən çox insan həlak olmuşdu ki, bunların da 165-i hökumət qüvvələrinin əsgərləri, 47-si isə mülki vətəndaşlar idi. Son illər iki dəfə uzadılan hərbi vəziyyət hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə