ABŞ-dan Türkiyəyə qarşı addım

ABŞ Konqresi Türkiyənin S-400 kompeksləri alması səbəbilə sanksiya tətbiq olunması tələbinin yer aldığı qanun layihəsi üzərində razılaşıb. Söhbət Pentaqonun 2020-ci il büdcəsi haqqında qanun layihəsindən gedir.

Layihəyə əsasən, növbəti ildə ABŞ müdafiə sahəsinə 738 milyard dollar ayıracaq. Pentaqonun büdcə layihəsində Rusiya və Çinlə daha keyfiyyətli rəqabət aparmaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin Türkiyəyə F-35 qırıcılarının satışının qadağan edilməsi və S-400 kompleksləri alması səbəbindən sanksiyaların tətbiq edilməsinə dair çağırışlar yer alır.

"Röyter” agentliyi qeyd edir ki, Nümayəndələr Palatasından keçən milli müdafiə büdcəsi sənədində ABŞ Prezidenti Donald Trampdan Türkiyə ilə bağlı daha əvvəl qəbul edilən sanksiyaların tətbiqi istənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...