Ruhani Rusiyanın 5 milyardına ümid edir

İran Prezidenti Ruhani ABŞ sanksiyalarına qarşı parlamentə təqdim etdiyi dirəniş büdcəsi haqda danışıb. Büdcə ilə bağlı açıqlama yayan İran Prezidenti Həsən Ruhani Rusiyanın ölkəsinə 5 milyard dollarlıq investisiya yatıracağını bildirib. O, yeni büdcə sayəsində ABŞ-ın sanksiyalarından sonra yaranan çətinlikləri ortadan qaldırmağı planlaşdırdıqlarını söyləyib:

"Xalqın sanksiya və təzyiq altında çətinliklərlə qarşılaşdığını və satın almaq gücünün azaldığını bilirik. Ölkəyə həm bitən layihələr, həm də gələn ilk tamamlanacaq çalışmalar sayəsində 5 milyard dollarlıq Rusiya investisiyasının daxil olacağına ümid edirik”.

Qeyd edək ki, Ruhani ABŞ-ın sanksiyalarına müqavimət büdcəsi layihəsini parlamentə ötən gün təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə