Böyük Britaniyada uçuşlar ləğv olunub

Böyük Britaniya ərazisində baş verən Atiya fırtınası səbəbindən uçuşlar ləğv olunub. SİA xəbər verir ki, fırtına Uelsdə, cənub-qərbi İngiltərədə və İrlandiyada uçuşların ləğv edilməsinə səbəb olub.

Ləğv edilən uçuşlar Hitrou və Şennon hava limanlarına yönləndirilib. Pis hava şəraiti ilə əlaqədar Şennon hava limanından Hitrou hava limanına edilən bir səfər isə ləğv olunub. Fırtına 115-dən çox evi elektrik enerjisiz qoyub. İrlandiya ərazisinə sarı hava xəbərdarlığı edilib. Əhaliyə, xüsusilə sahilyanı ərazilərdə və yüksək yerlərdə ehtiyatlı olmaq tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...