Suriyanın Həma əyalətində terrorçuların atdığı raket zərbəsi nəticəsində bir nəfər ölüb

Suriyanın Həma əyalətində terrorçuların atdığı raket zərbəsi nəticəsində bir nəfər ölüb, bir uşaq isə yaralanıb.

SİA xəbər verir ki, bu barədə Suriyanın “SANA” milli agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə əl-Aziziyə kəndində və Skalbiya şəhərində baş verib. Raket mərmilərinin partlaması nəticəsində ölən şəxsin dinc sakin olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə