Şimali Koreya ABŞ-la nüvə məsələsini müzakirə etməyəcək

Şimali Koreya ABŞ-la danışıqlarda nüvə silahının ləğv edilməsi məsələsini müzakirə etməyəcək. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Şimali Koreyanın BMT-dəki xüsusi səfiri Kim Son avropalı siyasətçiləri "dəlilik"də, Vaşinqtonu isə Pxenyana qarşı düşmən siyasəti aparmaqda ittiham edib: "Pxenyana ABŞ-la uzun danışıqlar lazım deyil, Vaşinqton zaman udmaq və gündəlikdəki məsələləri ölkənin daxili siyasəti ilə uzlaşdırmaq istəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə