Bəsrə körfəzindəki kiçik ada krallığı Bəhreynin sünni monarxiyası əhalinin 70 faizini təşkil edən şiələrin üsyanını yatırda bilmədiyindən sünni qonşusundan kömək istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının 1000 əsgəri Bəhreynə daxil olub. Bəhreynin şiə müxalifəti Səudiyyə Ərəbistanının bu addımını "işğal" olaraq qiymətləndirib. Siyasi ekspertlər müdaxilənin Orta Şərqdə təriqət müharibəsinə gətirəcəyini iddia edir.
Orta Şərqdə yoxsulluq və diktatorluq əleyhinə yönələn qiyamların indi də "şiə-sünni" qarşıdurmasına çevriləcəyi qorxusu yaranıb. Bəsrə körfəzində ABŞ-ın 5-ci donanmasına ev sahibliyi edən Bəhreynin 200 illik sünni krallığı sünni qonşusunu köməyə çağırıb. 1000 Səudiyyə əsgəri 1986-cı ildə Bəhreyni dənizdən Səudiyyə Ərəbistanına bağlayan 25 kilometrlik quru yolu ilə ölkəyə girib. Bəhreynin 7 şiə müxalifət partiyasi birgə bəyanatında müdaxiləni "müharibə elanı və işğal" olaraq qiymətləndirib. Bəyanatda BMT Təhlükəsizlik Şurasını təcili toplantısının keçirilməsi təklif edilir. Bəhreyn hökumətinə yaxın "Gulf Daily News" qəzeti Körfəz Əməkdaşlıq Şurası güclərinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və Omandan təşkil edidiyini və əsas vəzifəsinin neft, elektrik, su və maliyyə mənbələrini qorumaq olduğunu yazıb.
Səudiyyə Ərəbistanın Bəhreynə müdaxiləsinin ABŞ müdafiə naziri Robert Qeytsin paytaxt Manamaya səfərindən iki gün sonra reallaşması diqqət çəkib. Qeyts "İran Bəhreyndə də siə teokratiyası arxasındadır" açıqlaması vermişdi. Səudiyyə Ərəbistanının Bəhreyn adasına müdaxiləsindən sonra ölkənin şiə əhalisi narahatlıq keçirir. Ölkənin neft yataqlarının olduğu şərqdə əhalinin əksəriyyətini təşkil edən şiələr səslərini yüksəltməyə başlayıb. Bəhreynə bir sünni müdaxiləsinə İranın cavab verəcəyi və təriqət müharibəsi təhlükəsinin yaranacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB