Ketrin Eşton: “Liviyadakı zorakılıq dayandırılmalıdır”

Ketrin Eşton: “Liviyadakı zorakılıq dayandırılmalıdır”

Avropa Birliyi əlini Liviyanın yaxasından çəkməyə hələ tələsmir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropa Birliyinin Xarici siyasət üzrə ali komissarı Ketrin Eşton yaranmış böhranla bağlı qurum tərəfindən Benqazi şəhərinə ilk araşdırma missiyasını göndərəcəklərini deyib. Ketrin Eştonun sözlərinə görə, missiya ölkədəki böhranı aradan qaldırmaq üçün fəaliyyətin koordinasiyası ilə məşğul olacaq.

Eyni zamanda Liviyadakı vəziyyətlə bağlı Ketrin Eşton Ərəb Liqası rəhbəri Əmir Musa və Misirin yeni baş naziri Essam Şərəflə görüşüb. Görüş zamanı tərəflər Liviyadakı vəziyyəti müzakirə ediblər. Görüşdən sonra keçirdiyi mətbuat konfransında Ketrin Eşton Liviyada zorakılığın dayandırılmasına çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə