İsveçrəli diplomat ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi təyin olunub

ATƏT Nazirlər Şurasının Bratislavada keçirilən 26-cı iclası çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak isveçrəli diplomat Haydi Qraunu təşkilatın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edib.

SİA xəbər verir ki, Şərqi Avropa üzrə ekspert ATƏT-in Şərqi Ukrayna böhranının nizamlanması üzrə əsas nümayəndəsi kimi fəaliyyət göstərəcək. Xüsusi nümayəndənin rəhbərliyi altında “Normandiya-4“ formatına daxil olan ölkələrin (Almaniya, Fransa, Ukrayna və Rusiya) təmsilçiləri müxtəlif işçi qruplarda münaqişənin nizamlanması üçün səyləri müəyyənləşdirəcəklər.

İsveçrə Xarici İşlər Departamentinin rəhbəri İqnatsio Kassis bildirib ki, bu təyinat İsveçrə diplomatiyasına göstərilən etimadın bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə