Qazaxıstanın Birinci Prezidenti Gününə həsr olunmuş "Türk dünyasının görkəmli şəxsi" adlı tədbir keçirib

Beynəlxalq Türk Akademiyası Qazaxıstan Xalqları Assambleyası ilə birgə Qazaxıstanın Birinci Prezidenti Gününə həsr olunmuş "Türk dünyasının görkəmli şəxsi" adlı tədbir keçirib.

SİA xəbər verir ki, tədbir çərçivəsində Akademiya tərəfindən nəşr etdirilmiş "Nazarbayev liderliyi: Böyük Çölün yüksəlişi" kitabının təqdimatı olub.

Akademiyanın prezidenti Darxan Kıdırali bildirib ki, kitabda Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin liderlik keyfiyyətləri, idarəçilik təcrübəsi araşdırılıb.

Gələcəkdə ali məktəblərdə dərslik kimi istifadəsi nəzərdə tutulan kitabın Azərbaycan və digər türk dillərinə tərcüməsi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə