Türkiyə hökuməti həbsdə saxladığı xarici ölkə vətəndaşı olan terrorçuları öz ərazisindən çıxarmaqda davam edir. SİA xəbər verir ki, bu dəfə dekabrın 3-də Almaniya vətəndaşı olan beş terrorçu öz ölkələrinə göndərilib. Bu barədə Türkiyənin Daxili İşlər nazirliyi məlumat yayıb.
Ən son məlumata görə, Türkiyə həbsxanalarında 1172 İŞİD terrorçusu olub. Onlardan ən azı 750-si xarici ölkə vətəndaşı idi. Bəzi ölkələr öz vətəndaşı olan terrorçuları qəbul etmək istəməsələr də, Türkiyə israrlı şəkildə onları özü ərazisindən çıxarmaqda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB