Türkiyə Prezidentinin iştirakı ilə Londonda Suriya problemi müzakirə olunub

Türkiyə Prezidentinin iştirakı ilə Londonda Suriya problemi müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya mövzusunda Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və İngiltərə Baş Naziri Boris Consonla Londonda bir araya gəlib.

SİA xəbər verir ki, bir saata yaxın davam edən Zirvə görüşündən sonra Türkiyə prezidenti toplantının çox yaxşı keçdiyini bildirib.

Angela Merkel də “yaxşı və faydalı bir toplantımız oldu” deyə bildirib. Emmanuel Makron isə toplantı sonrası Suriya probleminin həlli üçün danışıqların davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün Londonda NATO-nun 70 illiyi münasibətilə quruma üzv ölkələrin Zirvə görüşü başlayıb. Toplantı sabah da davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə