Dünya nüvə enerjisini müzakirə edir

Dünya nüvə enerjisini müzakirə edir

Yaponiyada meydana gələn zəlzələ və sunami sonrası nüvə stansiyasında baş verən partlayış nüvə dövrünün sonunun gəlməsi ilə bağlı şərhlərə yol açıb. SİA-nın məlumatına görə, İngiltərənin "Guardian" qəzeti Yaponiyadakı fəlakətdən sonra ABŞ, Hindistan, Çin, İndoneziya və Türkiyədə bəzi qrupların nüvə stansiyalardan imtina edilməsi, ya da təhlükəsizlik standartlarının yüksəldilməsi çağırışı etdiyini yazıb.

 

Mərkəzi Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi Təşkilatına görə dünyada fəal vəziyyətdə olan 442 nüvə stansiyasının 20 faizi yüksək seysmik bölgələrdə tikilib. Təşkilatın səlahiyyətlilərinə görə artan enerji ehtiyacını ödəmək üçün 20 il ərzində 350 yeni stansiyanın tikilməsi planlaşdırılır və bu vəziyyət nüvə faciəsi riskinin artması anlamına gəlir.

 

"Guardian"ın yazarı Julian Glover hesab edir ki, nüvə enerjinin taleyinə Yaponiyada aydınlıq gələcək. Onun fikrincə, stansiyada vəziyyətin nəzarət altına alınmaması nüvə enerjisinə olan etibarın tamamilə itirilməsi ilə nəticələnəcək.

 

"Financial Times"in manşetində isə 1979-cu ildə Pensilvaniya, yeddi il sonra Çernobılda baş verən nüvə qəzalardan sonra nüvə enerjisinə dəstəyin əhəmiyyətli dərəcədə azaltdığını xatırladıb: "Bu faciələrdən sonra dünya ölkələrinin nüvə enerjisinə inamı azalmağa başladı. Ancaq qlobal istiləşmə səbəbi ilə Qərb hökumətləri yenidən nüvə varianta baxdılar. Enerji təhlükəsizliyi ilə əlaqədar inkişaf etməkdə olan ölkələr də sürətlə nüvə stansiyaları tikir. Nüvə stansiyaları ətraf mühitin qorunmasında mühüm rol oynayır. Ancaq təhlükəsizlik qayğıları nüvə enerjinə heç olmasa Qərbdə bağlılığı azalda bilər. ABŞ və Avropada yeni stansiyaların inşasına dəstəyin artmasına baxmayaraq bir ciddi hadisə bu dəstəyi yox edə bilər. Çernobıldən sonra Beynəlxalq Atom Enerjisi Təşkilatı ciddi təhlükəsizlik qaydaları qəbul etdi. Ancaq aradan 20 il keçməsinə baxmayaraq, bu qaydalar hələ də lazımı səviyyədə tətbiq olunmur".

 

"Times"in manşetində də nüvə hücuma uğrayan yeganə ölkə olan Yaponiyadakı fəlakətdən sonra nüvə enerjisi məsələsinə yenidən baxmağın lazım olduğunu yazıb: "Nüvə enerjisi texnologiyasinda dünya lideri olmasına baxmayaraq yaponlar belə fəlakətdən zərər görməyəcək reaktorlar istehsal edə bilmir, başqaları nə edə bilər?".

Bütün xəbərlər Facebook səhifəmizdə