"Ölkəmizin NATO müttəfiqlərindən əsas gözləntisi terrorla mübarizədə Türkiyənin yanında olmalarıdır". SİA-nın verdiyi xəbərə görə, Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Londonda təşkil ediləcək NATO Sammiti ilə bağlı Daily Sabah-a verdiyi şərhdə Türkiyənin NATO müttəfiqlərindən əsas gözləntisinin terrorla mübarizədə ölkənin yanında olmaları olduğunu bildirib.
Türkiyənin alyansda aparıcı rol oynadığını vurğulayan F.Altun bildirib ki, ölkəmizin NATO müttəfiqlərindən əsas gözləntisi terrorla mübarizədə Türkiyənin yanında olmalarıdır: "NATO ittifaqının məqsədinə və ruhuna uyğun olmayan çıxışlar üzv dövlətlərin münasibətlərinə xələl gətirir. Bu gün Türkiyə terror təhdidləriylə mübarizə apararken NATO müttəfiqlərinin ittifaq ruhu ilə üst-üstə düşməyən açıqlamaları Türkiyə cəmiyyətini də məyus edir".
NATO-ya üzvü olan bəzi ölkələrin Türkiyənin Suriya əməliyyatı ilə bağlı açıqlamalarına gəldikdə, Altun qeyd edib ki, Türkiyənin Suriyada reallaşdırdığı əməliyyatın məqsədi sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etməkdir: "Türkiyənin Suriyada və ya başqa hər hansı bir ölkədə heç bir gizli planları yoxdur. YPG-nin PKK terror təşkilatının Suriyadakı qolu olması NATO üzvü olan ölkələr üçün sirr deyil. Bu ölkələr İŞİD terror təşkilatını məğlub etmək məqsədilə başqa bir terror qruplaşması olan YPG/PKK-nın dəstəklənməsinin bölgə üçün ağır nəticələrə səbəb olacağını başa düşməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB