Braziliyada beş min nəfərin qatıldığı ziyafətdə baş vermiş silahlı insident nəticəsində 9 nəfər ölüb

Braziliyada beş min nəfərin qatıldığı ziyafətdə baş vermiş silahlı insident nəticəsində 9 nəfər ölüb

San-Pauloda beş min nəfərin qatıldığı ziyafətdə silahlı insident baş verib.

SİA “gazeta.ru” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər əzilərək ölüb, 7 nəfər yaralanıb.

Yerli hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, polis iki şübhəli şəxsi təqib edərkən onlar ziyafətə qatılaraq insanların arasında gizlənib. Bu zaman polislə təqib olunanlar arasında atışma olub.

Şübhəlilər asayiş keşikçilərinə odlu silahdan atəş açsalar da, polis yalnız rezin güllələrdən istifadə edib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə