Əfqanıstanda 6 dinc sakin həlak olub

Əfqanıstanda 6 dinc sakin həlak olub

Əfqanıstanın Host vilayətinə pilotsuz uçuş aparatı vasitəsilə endirilən hava zərbələri nəticəsində bir ailənin 6 üzvü həlak olub. SİA-nın verdiyi məlumata görə, bu barədə "TOLOnews" bildirib. Qeyd edilir ki, həlak olanlar arasında uşaqlar da var. Əfqanıstandakı ABŞ silahlı qüvvələrinin nümayəndəsi hava zərbəsi haqqında informasiyanı təsdiq edib.

Onun sözlərinə görə, ABŞ komandanlığı həlak olmuş dinc sakinlər haqqında açıqlamalar alıb və hazırda bu məlumatları yoxlayır. ABŞ silahlı qüvvələrinin nümayəndəsi həmçinin bildirib ki, pilotsuz uçuş aparatları "Taliban" radikal hərəkatının üç döyüşçüsünü zərərsizləşdirməli idi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə