Qızılca epidemiyasından 48 nəfər ölüb

Qızılca epidemiyasından 48 nəfər ölüb

Samoada qızılca epidemiyasından 48 nəfər ölüb. SİA-nın verdiyi xəbərə görə, bu barədə ada dövlətinin hökuməti bildirib. Qeyd edilir ki, ölkədə xəstəliyə 3,5 mindən çox yoluxma halı qeydə alınıb. Hökumətin "Twitter"də yaydığı məlumatlara əsasən oktyabrın ortalarında xəstəliyə 3530 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 173-ü 24 saat ərzində olub. Ölən 44 nəfərdən 40-ı 4 yaşa qədər uşaqlardır. Ada dövlətinin əhalisinin 57 min nəfərinə kütləvi peyvənd vurulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə