Meksikada narkokartel silahlılarının bələdiyyəyə hücumu nəticəsində 5 nəfər ölüb

Meksikada narkokartel silahlılarının bələdiyyəyə hücumu nəticəsində 5 nəfər ölüb
Meksikada Şimal-Şərqi narkokartelin üzvləri olduğu ehtimal edilən silahlılar Vilya Unyon bələdiyyəsi administrasiyasına hücum edib, nəticədə 5 nəfər ölüb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Koauila ştatının rəhbərliyi məlumat yyaıb. Şimal-Şərqi kartel üzvü olduğu güman edilən şəxslər Vilya Unyon bələdiyyəsi administrasiyasının binasına və polis bölməsinə hücum edib, nəticədə 5 silahlı şəxs öldürülüb", - deyə məlumatda qeyd olunur. Şahidlərin bildirdiyinə görə, cinayətkarlar 5 min əhalisi olan şəhərciyə yeddi avtomobildə gəliblər və dövlət binalarına atəş açıblar. Bundan sonra polis, prokurorluq və ordu qüvvələrinin birgə əməliyyatı çərçivəsində cinayətkarların atəş açdığı zirehli avtomobil məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə