Təyyarə qəzası 9 can aldı 2-si uşaqdır

Təyyarə qəzası 9 can aldı 2-si uşaqdır

ABŞ-da təyyarə qəzası baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Cənubi Dakota ştatında baş verib. Hadisə zamanı təyyarədə 12 nəfər olub. Onlardan 9-u qəza nəticəsində həlak olub.

Ölənlər arasında pilot və 2 azyaşlı da var. Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının (NTSB) məlumatına görə, qəzaya uğrayan yüngül mühərrikli "Pilatus PC-12" təyyarəsidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə