İraqın Baş naziri istefa verəcəyini açıqladı

İraqın Baş naziri istefa verəcəyini açıqladı

İraqın Baş naziri Adil Əbdül Mehdi ölkədə davam edən etiraz aksiyaları fonunda istefa verməyə hazırlaşdığını bəyan edib. Al Arabiya telekanalı xəbər verir ki, Əbdül Mehdi öz qərarını İraqın zorakılıq və xaos girdabına yuvarlanmasına yol verməməyə çalışması ilə əsaslandırıb.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə mövcud problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Nümayişçilərin əsas tələblərindən biri də Baş nazir Adil Əbdül Mehdinin istefasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə